Dünya 15:47 22.07.2022

Ərdoğan: Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik

Bir azdan Dolmabağça ofisində Rusiya və Ukrayna heyətlərinin iştirakı ilı "Taxıl daşınması sazişi” imzalanacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O qeyd edib ki, bu imzalama mərasimi ilə İstanbuldan dünyaya bir müjdə veriləcək.

Ərdoğan həmçinin deyib ki, bu saziş taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıracaq.