Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməkdən çəkinməyə razılaşdığını bildirib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan Balidə keçirilmiş G20 sammitindən qayıdarkən məlumat
verib.
"İznininzlə Sizə bunu deyim: Rusiya və ABŞ-ın burada nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı kəşfiyyat rəhbərimdən aldığım məlumata görə, hazırda hər iki tərəf nüvə silahından istifadə etmək üçün heç bir cəhd etməyəcək”, – o deyib.
"Biz onların daha tez-tez görüşməsini istəyirik və buna öz töhfəmizi verməyə hazırıq. Nüvə silahından istifadə, Allah eləməsin, yeni dünya müharibəsinə gətirib çıxaracaq. Biz buna imkan verə bilmərik”, – Türkiyə prezidenti vurğulayıb.
Alpər