Xəbər lenti

Ərdoğan İsveç liderindən müdafiə nazirini istefaya göndərməsini istəyir
Dünya11:41 06.06.2022

Ərdoğan İsveç liderindən müdafiə nazirini istefaya göndərməsini istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçin baş naziri Maqdalena Andersson müdafiə naziri Peter Halqvisti istefaya göndərməlidir.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bunu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Expressen"in istinad etdiyi mənbələrə görə, Ərdoğan Halqvistin istefasını onun 10 il əvvəl Kürdüstan Fəhlə Partiyası - PKK və partiyanın həbsdə olan lideri Abdullah Öcalanla birgə keçirdiyi ziyafətdə etdiyi çıxışa görə tələb edir. 
2011-ci ildə, o vaxtkı Sosial Demokrat millət vəkili Hultqvist Borlangedəki PKK-nın 33-cü ildönümünü qeyd edilən ziyafətə qatılıb.
Həmin vaxt o, kürdləri müdafiə etmək istədiyi üçün tədbirə qatıldığını deyib. Xüsusilə o, kürd dilinin Türkiyədə rəsmi dil kimi tanınması istiqamətindəki səylərində o vaxtdan Demokratik Bölgələr Partiyası adlandırılan Kürdlərin Sülh və Demokratik Partiyasına dəstək göstərmək istəyib.
"Kürdlərə bir xalq olaraq hörmət edilməli olduğunu, BDP üzvü olanların təqib edilməsinin yanlış olduğunu, insanları həbsə atmağın və kürdlərin rəsmi kontekstdə dillərinin istifadəsini inkar etməyin yanlış olduğunu söylədim” - o vaxt tədbirdə qatılan Hulqvist deyib.
Məsələnin İsveç və Türkiyədəki hökumət nümayəndələri arasında təmaslarda qaldırıldığından məlumatlı olan mənbə Expressen saytına deyib ki, "Türkiyə Hultqvistin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyir". 
Nurlan Hüseynov