Xəbər lenti

Dünya 19:12 23.10.2023

Ərdoğan parlamentə İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinə İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"İsveçin NATO-ya qəbulu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan protokol Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”, - administrasiyanın bəyanatında deyilir.

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya 4 aprel 2023-cü ildə alyansa qəbul edilib, lakin Türkiyə İsveçin üzvlüyünə mane olub. Ankara İsveç hakimiyyətindən terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməyi, xüsusən də terrorçu Kürd Fəhlə Partiyasına dəstəkdən imtina etməyi tələb edib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?