Xəbər lenti

Ərdoğan-Putin görüşü: Rusiya prezidenti qaçır, Türkiyə lideri qovur...
Dünya09:30 23.08.2023

Ərdoğan-Putin görüşü: Rusiya prezidenti qaçır, Türkiyə lideri qovur...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vladimir Putinin Ankara səfərinin təxirə salınması fonunda Ərdoğanın Rusiyaya gedəcəyi ilə bağlı yayılam məlumatlar onu göstərir ki, Türkiyə prezidenti bu görüşün baş tutmasında maraqlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyə mətbuatının prezident Rəcəb tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi ilə bağlı məlumatını şərh edərkən deyib.
Siyasi şərhçi bildirib ki, Putin mümkün qədər Ərdoğanla görüşdən yayınmağa çalışır:
"Türkiyəni narahat edən məsələlərdən biri də "taxıl sazişi" məsələsidir. Düzdür, artıq alternativ variantlar da hazırlanır. Amma bununla belə, Ərdoğan Rusiyanın da bu plandan kənarda qalmasını istəmir. Putin isə fərqli düşünür. Rusiya müəyyən şərtlər irəli sürüb və onlar yerinə yetirilmədən yenidən Ankaranın təzyiqilə bu plana qoşulmaq istəmir. Ona görə də görüş məsələsi gündəmə gələndə söhbət bir neçə dəfə yenilənib. Amma hər dəfə Rusiya qeyri-müəyyən cavab verməkdə davam edir. Son cavab da onu göstərdi ki, Putin mümkün qədər Ərdoğanla görüşdən yayınmağa çalışır”.
Arif Əliyev hesab edir ki, Ərdoğan Putinlə görüşmək istəyir: "Odur ki, əvvəl-axır bu görüş hardasa baş tutacaq. Amma həmin görüşdən Ərdoğanın nə ilə qayıdacağını indidən söyləmək çətindir”. 
Qeyd edək ki, "Yeni Şafak” nəşri Türkiyə prezident administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın Putinlə danışıq aparmaq üçün bu ölkəyə gedəcəyini bildirib. Səfərin nə vaxt reallaşacağı barədə bilgi verilməsə də, qeyd edilib ki, liderlər əsasən "taxıl sazişi”ni müzakirə edəcəklər. Onu da vurğulayaq ki, bundan öncə Putinin Türkiyəyə səfər edəcəyilə bağlı məlumatlar yayılsa da, sonradan Rusiya prezidentinin belə bir addım atmayacağı bildirilirdi. 
Rüfət Sultan