Xəbər lenti

Ərdoğan Putin və Pezeşkianla İran-İsrail münaqişəsini müzakirə etdi
Dünya 15:18 16.06.2025

Ərdoğan Putin və Pezeşkianla İran-İsrail münaqişəsini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, tərəflər telefon danışığı zamanı İsrail-İran qarşıdurmasını, bölgədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.

Söhbət əsnasında İsrail və İran arasındakı silahlı toqquşma, ikitərəfli münasibətlər və digər regional məsələlər gündəmə gətirilib. Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin bütövlükdə bölgənin təhlükəsizliyini riskə atdığını bildirib. O, eyni zamanda regionun yeni bir müharibəyə hazır olmadığını da rusiyalı həmkarının nəzərinə çatdırıb.

Türkiyə lideri ölkəsinin münaqişənin başladığı ilk gündən hücumların dayandırılması üçün diplomatik səylər göstərdiyini və məsələnin həll yolunun yalnız diplomatiyadan keçdiyini söyləyərək, tərəflərin təxirə salınmadan danışıqlar masası arxasına qayıtmasının vacib olduğunu sözlərinə əlavə edib. Ərdoğan İsrail-İran münaqişəsinin diqqəti Qəzzada baş verənlərdən yayındırmamalı olduğunu vurğulayıb.

Kreml rəhbəri isə silahlı toqquşmanın dərhal dayandırılması və diplomatiyaya yer verilməsi məsələsində türkiyəli həmkarı ilə ortaq fikirləri bölüşdüyünü bəyan edib.

Türkiyə Prezidenti bu gün həmçinin iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub. Tərəflər İsrail - İran münaqişəsi, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti qeyd edib ki, regionda gərginliyin sona çatdırılması və tərəflərin nüvə danışıqlarına geri qayıtması üçün bir sıra dünya liderləri ilə telefon danışıqları olub. Ərdoğan Türkiyənin regionda sülhün və sabitliyin qorunmasına sadiq olduğunu diqqətə çatdırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->