Dünya 12:41 26.09.2022

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq (YENİLƏNİB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski və rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

"Cənab prezidentimiz Putin və Zelenski ilə danışıqlar aparacaq. Bizim səylərimiz onların görüşünün təşkilinə yönəlib", deyə Çavuşoğlu qeyd edib.

Türkiyə xarici işlər naziri danışıqların telefonla, yoxsa üz-üzə aparılacağını dəqiqləşdirməyib.
 
12.41

"Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

"Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu”, - o vurğulayıb.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır: "Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”.