Xəbər lenti

Ərdoğan Putin və Zelenski ilə “taxıl dəhlizi”ni müzakirə edəcək
Dünya17:44 12.06.2022

Ərdoğan Putin və Zelenski ilə “taxıl dəhlizi”ni müzakirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar aparacaq".
Qaynarinfo xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Türkiyənin şərqindəki Van şəhərində gənclərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhlizin yaradılması layihəsinin həyata keçirilməsi olacaq:
"Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, amma biz bu həcmləri artırmaq istərdik. Gələn həftə biz Putin və Zelenski ilə danışıqlar apararaq, "taxıl dəhlizi” məsələsində hansı addımları atacağımızı müzakirə edəcəyik”.
Xəyal