Xəbər lenti

Ərdoğan Putinə Əsədlə üçtərəfli görüşün keçirilməsini təklif etdi
Dünya10:53 15.12.2022

Ərdoğan Putinə Əsədlə üçtərəfli görüşün keçirilməsini təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara, Moskva və Dəməşq arasında üçtərəfli danışıqlara başlamağı təklif edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin üç ölkə liderinin görüşü ideyasına müsbət reaksiya verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Cənab Ərdoğan Türkiyənin mümkün yeni quru əməliyyatını jurnalistlərlə müzakirə edərkən Suriya mövzusuna toxunub. O bildirib ki, "Ankara Rusiya, Türkiyə və Suriyanın birgə addımlarının tərəfdarıdır”. "Mən Putinə Rusiya Federasiyası, Türkiyə və Suriya liderlərinin görüşünü keçirməyi təklif etdim və o, təşəbbüsü müsbət qarşıladı. Bu, bir sıra danışıqların başlanğıcını qeyd edəcək”, - Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, sammit ərəfəsində üç ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri və müdafiə nazirlərinin görüşləri keçirmək lazımdır.
Nizami Bağırov