Xəbər lenti

Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək - KİV
Dünya10:41 07.08.2023

Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə avqusta planlaşdırılan danışıqlarda ona Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, cənab Ərdoğan ümid edir ki, bu, atəşkəslə bağlı danışıqlara kömək edəcək.
"Cənab prezident münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qaliblərin, sülh prosesində isə uduzanların olmayacağı tezisini bir daha təkrarlayacaq. Bildiyiniz kimi, Ankara dəfələrlə davamlı atəşkəsin mümkün qədər tez əldə olunmasını və danışıqlar masası arxasına əyləşməsini təklif edib. Biz səylərimizi davam etdiririk”, – adı açıqlanmayan mənbə agentliyə bildirib. 
Qeyd edək ki, Kreml keçən həftə Putin və Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib. Hələlik görüşün yeri və vaxtı razılaşdırılmayıb. Türkiyə prezidenti bunun avqustda baş tutacağını gözləyir.
Nizami Bağırov