Xəbər lenti

Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək – "Milliyet"
Dünya08:56 04.09.2023

Ərdoğan Putinə Ukrayna məsələsində vasitəçilik təklif edəcək – "Milliyet"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə danışıqlarda Ukraynadakı münaqişənin həlli üçün vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edəcək. İki ölkə lideri bu gün, sentyabrın 4-də Soçidə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Milliyyət” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ərdoğan "müharibənin nəticələrinin hədsiz dərəcədə artdığını” söyləyəcək və "regionda davamlı sülh və sabitliyin yaradılmasının vacibliyini” vurğulayacaq. O, "vasitəçi rolunu öz üzərinə götürməyə və tərəflər arasında davamlı sülhü təmin etmək üçün birbaşa danışıqlar da daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduğunu” bildirəcək.
Görüşün digər mühüm mövzusu Ankaranın da dəstəklədiyi taxıl sazişinin bərpası olacaq. Danışıqlar zamanı gündəmə gətirilməsi planlaşdırılan daha iki məsələ Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli, eləcə də iki ölkə arasında, xüsusilə Suriyada terrorla mübarizədə əməkdaşlıqdır.
Nizami Bağırov