Xəbər lenti

Ərdoğan Putinlə görüşdə milli valyutalara keçidin vacibliyini bildirib
Dünya11:16 04.09.2023

Ərdoğan Putinlə görüşdə milli valyutalara keçidin vacibliyini bildirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri Hafize Qaye Erkan və Elvira Nabiullina qarşıdakı danışıqlarda ikitərəfli ticarət çərçivəsində rus rublu və türk lirəsi ilə hesablaşmaları müzakirə edəcəklər. 
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Federasiyasının başçısı Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl deyib.
Ərdoğan vurğulayıb ki, iki ölkənin Mərkəzi Bankları rəhbərlərinin görüşü Türkiyə ilə Rusiya arasında münasibətlər üçün milli valyutalarla ticarət istiqamətində addımlar baxımından çox əhəmiyyətlidir.
Putin və Ərdoğan arasında sentyabrın 4-də Soçidə görüş keçiriləcək. Danışıqların əvvəlində Rusiya lideri türkiyəli həmkarı ilə Ukraynadakı silahlı münaqişə və onun nizamlanması, həmçinin Qara dəniz taxıl müqaviləsi və Suriyadakı vəziyyəti  müzakirə edəcəyini  bildirib.
Sentyabrın 5-də Ərdoğan prezident Putinlə Türkiyə hökuməti ilə danışıqların nəticələrini müzakirə edəcək .
Alpər