Xəbər lenti

Ərdoğan Putinlə Zaporojye AES-dəki vəziyyəti müzakirə etməyi planlaşdırır
Dünya07:09 22.08.2022

Ərdoğan Putinlə Zaporojye AES-dəki vəziyyəti müzakirə etməyi planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Materiallardan istənilən istifadəyə yalnız IA REGNUM-a hiperlink olduqda icazə verilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə telefon danışığı planlaşdırır. Danışıqda Zaporojye AES-dəki vəziyyət və Ukrayna böhranının müzakirə olunacağı gözlənilir. 
Qaynarinfo Regnum-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə RİA Novosti-yə deyib.
"Türkiyə hər iki tərəfin etimadını qazanan yeganə ölkə olaraq bu münaqişədə öz vicdanlı vasitəçi rolunu oynamaqda davam edir”, - mənbə bildirib.
Daha əvvəl Ərdoğan deyib ki, o, Putinlə Lvovda Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlarının nəticələrini müzakirə etmək, həmçinin Rusiya liderindən Zaporojye AES-dəki vəziyyəti həll etmək üçün konkret tədbirlər görməyi xahiş etmək niyyətindədir.
Alpər