Xəbər lenti

Ərdoğan “Tayfun” raketindən danışdı: “İndi mənə dedilər ki...”
Dünya06:51 19.12.2022

Ərdoğan “Tayfun” raketindən danışdı: “İndi mənə dedilər ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tayfun” ballistik raketinin uçuş məsafəsinin 1000 km-ə çatacağını bildirib. Oktyabrın əvvəlində sınaqlar zamanı raket 561 km məsafəni dəf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu agentliyi Türkiyə prezidentindən sitat gətirib.
"Tayfun” raketinin uçuş məsafəsi 560 km-ə bərabər olacağı elan edilib... İndi mənə dedilər ki, 1 min km-ə çatacağıq”, – Ərdoğan deyib.
Bloomberg oktyabr ayında bildirib ki, raket Türkiyədə istehsal olunan oxşar silahlar arasında ən uzun məsafəni qət edib. Agentliyin məlumatına görə, "Tayfun” adı verilən gizli raket layihəsi bir neçə ildir ki, davam edir. "Yeni Akit” qəzetinin məlumatına görə, raket Türkiyənin "Roketsan” şirkəti tərəfindən hazırlanıb.
Nizami Bağırov