Xəbər lenti

Ərdoğan terrorçulara xəbərdarlıq etdi
Dünya23:06 01.03.2025

Ərdoğan terrorçulara xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə terrorla mübarizədə son on ildə ciddi nəticə əldə edib.
"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.
O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var: "Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.
Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq edib: "Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”.