Xəbər lenti

"Ərdoğan Zelenski ilə anlaşsa..." - Politoloq
Dünya08:17 08.07.2023

"Ərdoğan Zelenski ilə anlaşsa..." - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu görüş fonunda Ukraynada Türkiyəyə və onun prezident Rəcəb Tayyib Ərdoğana olan rəğbət daha da güclənəcək”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ankarada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü şərh edərkən deyib.
Ekspertin fikrincə, müharibənin hazırkı mərhələsi vasitəçilik missiyasını çətinləşdirir:
"Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə isti münasibətləri fonunda baş tutan bu görüş bir daha Ankaranın iki slavyan ölkəsi arasında da böyük nüfuza malik olduğunu göstərir. Ukrayna böhranından çıxmaq üçün Ərdoğanın atdığı addımlar real nəticələrə söykənir. Türkiyə dəfələrlə hər iki tərəfə münaqişənin qısa zamanda dinc yolla öz həllini tapması ilə bağlı müraciətlər edib. Ankara Ukraynaya humanitar yardımlar da göstərib. 
İki ölkə prezidentlərinin görüşünün yekunu olaraq güman ki, tərəflər arasında yeni bir atəşkəsin əldə edilməsi, "Taxıl sazişi"nin müddətinin uzadılması ilə bağlı təşəbbüslər də olacaq. Amma müharibənin hazırkı gedişinə baxsaq, vasitəçilik missiyasının olduqda çətin olduğunu görə bilərik. Tərəflərdən hər biri ciddi nəticələr əldə etmədən atəşkəsə getməyi özləri üçün zərər kimi qiymətləndirir. Hər halda, inanıram ki, bu görüş fonunda Ukraynada Türkiyəyə və onun prezident Ərdoğana olan simpatiya daha da güclənəcək. Çünki Ankara müharibənin ilk günündən sülhə təşəbbüs göstərib. Bütün hallarda görüşdən ciddi nəticələr də gözləmirəm”. 
Qeyd edək ki, ötən gün Ərdoğan və Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş baş tutub. Görüş 2 saat 30 dəqiqə davam edib. 
Rüfət Sultan