Xəbər lenti

Ərdoğandan iddialı açıqlama: Türkiyə yeni dünya düzəninin mərkəzində olmalıdır
Dünya16:25 29.11.2022

Ərdoğandan iddialı açıqlama: Türkiyə yeni dünya düzəninin mərkəzində olmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə əvvəlki Türkiyə deyil. Mətbuatdakı manipulyasiyalar və bir-iki terrorçunun hərəkətləri ilə Türkiyə əleyhdarları ölkənin inkişafının qarşısını ala bilməyəcək. 
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ölkəmiz yeni dünya düzəninin mərkəzində olmalı, dəyişən qlobal siyasi və iqtisadi arxitekturanın bütün imkanlarından istifadə etməlidir”, - deyə prezident Ankarada Türkiyə Otelçilər Federasiyasının idarə heyətinin 7-ci iclasında bildirib. 
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə 2021-ci ilin sonuna turistlərin sayına görə dünyada dördüncü, turizm gəlirlərinə görə isə səkkizinci yerdədir. "2022-ci il üçün proqnozlar daha ümidvericidir”, - deyə Ərdoğan əlavə edib.
Nizami Bağırov