Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Müdafiə Nazirliyinin qoşunların Xersondan çıxarılması ilə bağlı bəyanatını şərh edərkən, bunun "müsbət addım” olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Trthaber” məlumat yayıb.
"Rusiyanın Xersonla bağlı qərarı müsbət qərardır, mühüm qərardır”, - o deyib.
Onun sözlərinə görə, Türkiyənin vasitəçilik işi "fasiləsiz davam edir”, amma "nə vaxt bitəcək” demək axmaqlıqdır.
"Gəlin müharibənin hökm sürdüyü dünyadan sülhün hökm sürdüyü dünyaya keçid edək”, - Ərdoğan çağırış edib.
Nizami Bağırov