Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə reallaşan ən böyük layihələrin siyahısı açıqlanıb.
Qaynarinfo bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
Ərdoğanın hakimiyyəti illərində Avropanın ən böyük aeroportu - İstanbul Hava Limanı açılıb, ölkənin ən uğurlu layihələrindən biri olan pilotsuz uçuş aparatları (PUA) və "Qızıl alma” döyüş təyyarəsi istehsal olunub, ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb.
Bu illər ərzində təbii qaz və neft yataqları kəşflərini sürətləndirən, beləliklə, xarici bazardan asılılığa son qoyan "Abdülhamid Han”, "Kanuni”, "Yavuz” gəmiləri istifadəyə verilib.
İndiyədək Türkiyədə 650 min ev tikilib. Həmçinin müdafiə sənayəsi sahəsində 3 milyard 770 milyon dollarlıq ixrac həyata keçirilib.
Türkiyədə ilk milli avtomobil - TOGG istehsal olunub.