Xəbər lenti

Ərdoğanla Putin telefonla danışdı
Dünya19:51 16.01.2023

Ərdoğanla Putin telefonla danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın inkişafı, o cümlədən energetika sahəsində əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər.
Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub.