Xəbər lenti

Foto 12:49 19.01.2024

Ərəb sahibkar Azərbaycanda nadir quşları ovladı (FOTO/AÇIQLAMA)

Xarici vətəndaşlardan biri Azərbaycanda adı "Qırmızı kitab”a salınan quşları ovlayıb.

Oxu.az xəbər verir ki, bu barədə görüntüləri o, özünün "Instagram” platformasındakı hesabından paylaşıb. 

Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı "Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var.

Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov oxu.az bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının "Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. 

O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->