
Səudiyyə Ərəbistanında Ramazan bayramının (İdd əl Fitr) bir gün gec başlaması ilə bağlı qalmaqal yaranıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, səmada bədirlənmiş Ay görünmədiyi üçün səudilər bu gün də oruc tutublar.
Halbuki onlar bu gün Fitr bayramına başlayacaqlarını düşünürdülər.
Əhali yaşananlarda yanlış məlumatlar vermiş din xadimləri və rəsmi dövlət qurumlarını suçlayır.
Əsrlərdən bəri gələn ənənəyə uyğun olaraq Səudiyyə Ərəbistanında hər il Ramazan ayının başlanğıcı və sonunu bəlirləmək üçün rəsmi açıqlama, "ihbar" gözlənilir.
Bədirlənmiş ayı ilk görən din xadimləri Ali Məhkəmə yetkililərinə xəbər verir və xəbər təsdiqlənərsə, bədirlənmiş ayın göründüyü təsbit olunarsa, Ramazan ayının başlanğıcı və ya sonu barədə qərar verilir.
Ali Məhkəmə dünən gecə olduğu kimi, bu axşam da bədirlənmiş ayı görənlərdən xəbər gözləyəcək.
Qaynar.info