Xəbər lenti

Ərəbistanda qadın idman postuna gətirildi - İlk dəfə
Dünya16:35 02.08.2016

Ərəbistanda qadın idman postuna gətirildi - İlk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanının Nazirlər Kabineti şahzadə Rima bint Bandar Əl-Səudu İdman üzrə Baş Komitənin sədrinin köməkçisi vəzifəsinə təyin edib.

Qafqazinfo-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, şahzadə komitənin qadın şöbəsinə məsuliyyət daşıyacaq. Bu, ölkə tarixində ilk hadisə kimi qiymətləndirilir.

Komitəyə isə şahzadə Abdulla bin Musaid Əl-Səud rəhbərlik edir. O, eyni zamanda Olimpiya Komitəsinin də prezidentidir.

Qaynarinfo.Az