
Səudiyyə Ərəbistanı “Skype”, “Whatsapp” və digər mesajlaşma proqramları üçün qadağanı ləğv edib.
“Qaynarinfo” xəbər verir ki, bu gün “Skyp”, “Whatsapp” və “Snapchat” proqramları üçün 1 illik qadağanın ləğv olunacağı açıqlanıb. Bu gündən etibarən ölkə vətəndaşları sosial şəbəkələrdən rahatlıqla istifadə edə biləcəklər.
Bildirilir ki, ölkə rəhbərliyi iqtisadi böhran səbəbindən bu qərarı verməyə məcbur olub. Neftin qiymətlərinin kəskinucuzlaşması büdcəyə təsir göstərdiyindən Ərəbistan hökuməti gəlirləri internetdən gələcək gəlir hesabına tarazlamağı planlaşdırıb.
Ölkənin təhsil naziri internetin aktivləşdirilməsi ilə iqtisadiyyatda xeyli inkişaf əldə olunacağına inandığını bildirib.
Qaynarinfo.Az