Xəbər lenti

Ərəblər "Skype"ı bağladı
Dünya05:39 11.04.2013

Ərəblər "Skype"ı bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları rəsmi qaydada video zəng etməyə və mesaj göndərməyə imkan verən "Skype" xidmətinə girişi bağlayıblar. 

Hakimiyyət orqanlarının bəyanatında qeyd olunur ki, qadağa tez bir zamanda götürülməyəcək, çünki ölkədə rabitə xidmətləri göstərən "Emirates" Telekommunikasiya Korporasiyası (Etisalat) və "Emirates Integrated Telecommunications Company" provayderləri hələ ki, qadağanın götürülməsi üçün müvafiq qaydada müraciət etməyiblər.

"Provayderlər nəzarət orqanları tərəfindən verilən xüsusi lisenziyaları almayana qədər "Skype" xidməti bağlı qalacaq". Bu barədə jurnalistlərə telekommunikasiya sektoruna nəzarəti həyata keçirən departamentinin nümayəndəsi Məhəmməd Nasser əl-Qanem bildirib.

Qaynar.info