Xəbər lenti

Şeremetyevoda fəhlə iki sərnişinin baqajından 21 milyon oğurladı (VİDEO)
Dünya17:03 15.07.2022

Şeremetyevoda fəhlə iki sərnişinin baqajından 21 milyon oğurladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Şeremetyevo Hava limanında yük daşıyan fəhlə sərnişinlərin baqajından 21 milyon rubl oğurlayıb. 
Qaynarinfo-nun məlumatına görə, "Meduza"bu barədə "MVD Media”ya istinadən xəbər yayıb 
Polisin məlumatına görə, baqajın yüklənməsi zamanı həmin şəxs Moskva-Bişkek reysi ilə uçan sərnişinlərin çamadanlarını açıb. Onlardan birindən 10 milyon rubl, digərindən 11 milyon rubl çıxarıb. O, pulu köynəyinin altında gizlədib.
Fəhlə saxlanılıb. Onun barəsində bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda törədilmiş oğurluq maddəsi ilə cinayət işi başlanıb - onun mümkün əlbirləri barədə məlumat verilmir.
Nizami Bağırov

.