Xəbər lenti

Əri ikinci arvad alan 22 yaşlı gəlin özünü öldürdü - Kürdəmirdə
Ölkə11:47 15.08.2015

Əri ikinci arvad alan 22 yaşlı gəlin özünü öldürdü - Kürdəmirdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib.
Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qaynar.info