Xəbər lenti

Erkən seçkilər olacaq? - Ərdoğan açıqladı
Dünya17:13 12.06.2022

Erkən seçkilər olacaq? - Ərdoğan açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq".
Qaynarinfo xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
 Onun sözlərinə görə, erkən seçki olacağı ilə bağlı xəbərlər əsassızdır:
"Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın".
Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb. Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.