
Respublikaçı Alternativ (REAL) Hərəkatının REAL Məclis Başkanı vəzifəsindən uzaqlaşdırılan Erkin Qədirli İdarə Heyətinin qəbul etdiyi qərarla bağlı danışmaq istəmədiyini bildirib.
İdarə Heyətinin üzvü olan E.Qədirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İdarə Heyəti qərar qəbul edib və onun bu haqda danışması düzgün olmazdı:
“Qərarda hər şey olduğu kimi göstərilib, izah edilib. Mənim buna şərh verməyim düzgün olmaz. Əgər nə isə yeni bir məlumat öyrənmək istəyirsinizsə, o zaman bu qərarı qəbul edənlərdən soruşun”.
Qaynar.info