
İsveçdə yaşayan maraqlı bir ailə ilə bağlı məlumat yayılıb. Qaynar.info xəbər verir ki, bu ailənin üzvləri - ər və arvadı eyni kişini sevir.
Fridland ailəsinin həyatı ər Erikin çalışdığı taksi şirkətində Hampus Enqstroma aşiq olması ilə dəyişib. Erik həyat yoldaşı Lindaya sevgisini etiraf edib. Linda isə öz növbəsində Hampusla tanış olmaq istədiyini deyib.
Maraqlıdır ki, ilk görüşdə Hampusla Linda da bir-birinə vurulub. Qısa müddətdən sonra isə eyni yataqda yatmağa başlayıblar. Onlar bu ilin yanvar ayından etibarən eyni evdə yaşayır. Həm də Hampusun 5 yaşlı qızı, Linda və Erikin isə 13 və 9 yaşlı oğlanları da bu maraqlı ailənin üzvləridir.
3 sevgilinin münasibətləri həyatları haqqında bloq yazmağa başladıqdan sonra bütün dünyaya yayılıb. 29 yaşlı Hampus Enqstrom açıqlamasında 35 yaşlı Erik Fridland və 34 yaşlı Linda Fridlandla birlikdə çalışdıqlarını, birlikdə yaşadıqlarını və birlikdə sekslə məşğul olduqlarını deyib. Birlikdə taksi şirkəti quran bu ailə həm də uşaq paltarları satan mağaza işlədir.
Aralarındakı münasibətlərin sadəcə seksdən ibarət olmadığını deyən Hampus olduqca normal bir həyatlarının olduğunu qeyd edib. İsveçdəki evlilik qanunlarının dəyişməsini istəyən Enqstrom üçlü ailənin çox problemlərinin olduğunu bildirib.
Qaynar.info




