Xəbər lenti

Erməni boksçular hərbi hissələrə göndərilir - RƏSMİ AÇIQLAMA
İdman13:10 05.04.2016

Erməni boksçular hərbi hissələrə göndərilir - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda sərbəst qrafikdə xidmət edən boksçular Azərbaycan və Türkiyəyə aparılmayacaqlar. Onlar hərbi hissələrinə geri qaytarılacaqlar.

Qaynar.info sputnikarmenia.ru saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Boks Federasiyasının prezidenti Artur Qevorqyan rəsmi açıqlama yayıb. Onun sözlərinə görə, bu 2 ölkədə təhlükəsizliyə zəmanət olmadığı üçün erməni idmançılar olimpiya reytinqli bu turnirlərdə iştirak etməyəcəklər:

"Müharibə situasiyasını nəzərə alaraq, federasiya rəhbəri kimi idmançılarımızın Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya reytinqli turnirlərdə iştirakına icazə vermirəm. Əminəm ki, erməni idmansevərlər bizi başa düşəcəklər. Sərbəst qrafikdə xidmət keçən bütün idmançılar indi hərbi hissələrinə geri qayıdacaqlar. Çünki ön planda vətənin müdafiəsi lazımdır".

Təbii ki, Artur Qevorqyan vətənin müdafiəsi deyəndə Azərbaycan torpaqları olan Dağlıq Qarabağı nəzərdə tuturdu...

Qaynar.info