Xəbər lenti

Erməni ekspertdən şok proqnoz
Dünya18:07 05.09.2013

Erməni ekspertdən şok proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Vahid Gömrük İttifaqına daxil olması onu Qarabağ danışıqlarından kənarlaşdıracaq. 

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə bu gün İrəvanda “Konkord” analitka mərkəzinin rəhbəri David Şaxnazaryan bildirib.

Onun fikrincə, Gömrük İttifaqı dövlətüstü qurumdur və hüquqi aktlar qəbul etmək icazəsi var. “Bu isə xarici siyasətdə müstəqilliyin itirilməsi deməkdir. Belə olan halda unutmaq olmaz ki, Qarabağa aid olan məsələlər Ermənistanın iştirakı olmadan həll ediləcək. Bir vaxt Robert Koçaryan və Vardan Oskanyan Dağlıq Qarabağı danışıqlar prosesindən çıxarmışdısa, indi həmin prosesdən Erməistanın özünü çıxaracaqlar. Bakı məsələləri İrəvanla deyil, Moskva ilə həll edəcək”, - deyə D. Şaxnazaryan vurğulayır. 

Qaynar.info