
Ermənistan ordusunun daha bir əsgərinin meyiti tapılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, ötən gün axşam saatlarında hərbi hissələrdən birinin əsgəri Ovannes Petrosyan başından aldığı güllə yarasından ölmüş vəziyyətdə orduya məxsus “QAZ 66” markalı maşının yük hissəsində tapılıb.
İstintaq komitəsi müddətli hərbi xidmət qulluqçu (əsgər) Ovannes Petrosyanın ölüm faktının səbəblərini araşdırır.//Anspress
Qaynarinfo.az