Xəbər lenti

Erməni əsgər tutuldu
Dünya12:59 30.08.2014

Erməni əsgər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan ələ keçirilib

Erməni əsgər yoldaşını öldürən şəxs saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayrapetyanın ölümünə səbəb olan Simon Mkrtçyan tutulub. 

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiq edib. 

Qeyd edək ki, avqustun 28-də Ermənistan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsinin döyüş postunda sıravi əsgər Vladimir Ayrapetyan (1995-ci il təvəllüdlü) başından güllə yarası alıb. 

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. 

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info