Ermənistan ordusunun əsgərinin meyiti tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 11-də, səhər saat 10:15 radələrində respublikanın şərq istiqamətində yerləşən N saylı hərbi hissəsinin hərbi hissələrindən birində sıravi Argişti Armeni Yeqyanın (2002-ci il təvəllüdlü) sinəsindən ölümcül güllə yarası almış meyiti aşkarlanıb.
Ölüm faktı ilə bağlı Ermənistan İstintaq Komitəsi araşdırmalara başlayıb.
Ermənistan mediasının məlumatına görə, hadisə Basarkeçərdəki (Vardenis) hərbi hissələrdən birində baş verib. Arqişti Yeqyanın Gorus şəhərindən hərbi xidmətə çağırıldığı bildirilir.
Telman