Xəbər lenti

Siyasət 11:54 12.05.2022

Erməni generaldan etiraf: “Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır"

"Azərbaycan artıq Qarabağla bağlı danışıqlar aparmır, ümumiyyətlə bu məsələ ilə bağlı Ermənistan tərəfindən artıq heç kim, heç nə soruşmur”.

Qaynarinfo news.am-a istinadən xəbər verir ki, bu sözləri bu sözləri Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general Movses Akopyan deyib.

Müxalifətin başlatdığı aksiyaların alternativindən danışan general qeyd edib ki, hakimiyyətin siyasətinə alternativ görsə, küçələrə çıxıb hərəkata rəhbərlik edəcək.

Ermənistanın üzləşdiyi xarici siyasət çağırışlarına toxunan Akopyan "Bakının iştahının açıldığı üçün Sünikin (Zəngəzur) təhlükədə olmasından" narahatlığını ifadə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->