
Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb.
"Qaynarinfo" femida.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə,1988-ci il təvəllüdlü, müqavilə əsasında xidmət göstərən hərbçi Qarabağda yerləşən hərbi hissələrin birində xidmət edirmiş.Onun bu gün saat 13:30 radələrində başından və ayağından ağır yaralandığını və hospitala yerləşdirildi bilidirilib.Onun ayağı artıq amputasiya olunub.
Qaynarinfo.Az