Xəbər lenti

Erməni hərbçi yaralandı
Dünya15:18 29.07.2019

Erməni hərbçi yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 28-də Ermənistan ordusunun 33 yaşlı hərbçisi yaralı vəziyyətdə Noemberyan tibb mərkəzinə aparılıb.
Ermənistan mətbuatı xəbər verir ki, müqavilə əsasında xidmət keçən hərbçi odlu silahdan açılmış atəş nəticəsində dirsək hissəsindən yaralanıb.
Yaralanan hərbçi Zorakan kəndindən olan Vladimir Osipyandır. Tibb mərkəzindən bildiriblər ki, onun vəziyyəti orta ağırdır.
Hərbçinin həyatı üçün təhlükə yoxdur. Yaxın zamanda o, əməliyyat ediləcək.
Hərbçinin hansı şəraitdə yaralandığı hələ açıqlanmır.