Xəbər lenti

Erməni hərbçilər arasında kütləvi dava
Dünya07:20 17.06.2016

Erməni hərbçilər arasında kütləvi dava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni hərbçilər arasında insident baş verib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hərbi polis zabiti ilə qondarma “DQR” ordusunun 4 zabiti arasında əlbəyaxa dava olub. 

Hərbi polis əməkdaşı “DQR” zabitlərinin olduğu avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün saxlayıb. 

Avtomobili saxlayan hərbi polis onları yanına çağırıb. Bundan əsəbiləşən 4 zabit- mayor Ara Zaxaryan, leytenant L.Sahakyan, baş-leytenant K.Martirosyan və leytenant D.Anaxasyan hərbi polis zabiti A. Matevosyan ilə mübahisə edib. Sonra onlar arasında dava olub.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, 4 zabit birləşərək hərbi polis zabitini döyüb.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilib.

Qaynarinfo.az