Xəbər lenti

Erməni hərbçilər qəzaya düşüb: Ölən və yaralılar var
Dünya15:34 21.05.2019

Erməni hərbçilər qəzaya düşüb: Ölən və yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Shamshyan.com saytına istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-İrəvan yolunun 82-ci kilometrliyində qeydə alınıb. 
Belə ki, "Ford” markalı avtomobil "QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb. 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar. Faktla bağlı cinayət işi başlanılıb.