Xəbər lenti

Erməni hərbi kursant öz yoldaşını güllələdi
Dünya06:40 03.06.2013

Erməni hərbi kursant öz yoldaşını güllələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda yerləşən Vazgen Sarqsyan adına Hərbi İnstitutda kursant qətlə yetirilib.

APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan kursant Armen Melkumyanın avtomat silahdan tələbə yoldaşı Sipan Movsisyana atəş açdığını açıqlayıb. Döş nahiyəsindən güllə yarası alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. İlkin məlumata görə, kursantlar arasında mübahisə düşüb, bir-birini təhqir edən zaman kursantlardan biri avtomatla digərinə atəş açıb. Armen Melkumyan artıq saxlanıb, araşdırma aparılır.

Qaynar.info