İran Azərbaycanla münasibətlərdəki böhran kontekstində Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır.
Qaynarinfo "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan "Telegram"da yazıb.
Bu qənaətində o, Tehranın atmağa hazır olduğu addımları göstərən qrafik təsviri yayan İranın elektron resurslarına istinad edib.
"Ona əsasən, Tehran təlimlər keçirməyi, Bakıya diplomatik kanallarla xəbərdarlıq etməyi, Ermənistanla hərbi müqavilə imzalamağı, PUA və raketlərdən istifadə etməklə məhdud hərbi əməliyyat keçirməyi, Ermənistan ordusunu silahla dəstəkləməyi, hərbi müşavirlər göndərməyi planlaşdırır”, - Voskanyan bildirib.
Alpər