Xəbər lenti

Erməni məhkəməsində vəhşilik
Dünya14:43 18.07.2013

Erməni məhkəməsində vəhşilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gümrünün keçmiş meri 30 nəfərlə birlikdə müttəhimi ölümcül döyüb

Ermənistanın ikinci şəhəri Gümrüdə üzün müddət mer işləmiş Vardan Qukasyana qarşı cinayət işi qaldırılıb.

ANS PRESS “Haykakan jamanak” qəzetinə istinadən bildirir ki, Qukasyan 30 nəfərlik dəstəsi ilə birlikdə qızının nişanlısı, Ani bölgəsinin polis rəisi Samvel Arutunyanın qətlində günahlandırılan müttəhimi döyərək ölümcül vəziyyətə salıb. Vəkil Lusine Saakyanın dediyinə görə, hazırda müttəhim renamasiyadadır və həyatla ölüm-dirim mübarizəsi aparır.

Lakin “Haykakan jamanak"ın yazdığına görə, Vardan Qukasyana qarşı bununla bağlı cinayət işi açılmayıb. Ona qarşı qaldırılan cinayət işinin kökündə məhkəməyə hörmətsiz davranması durur.

Qaynar.info