Xəbər lenti

Erməni müxalifəti: "Qarabağla bağlı müqavilə təslimçilik aktıdır"
Dünya12:33 10.11.2020

Erməni müxalifəti: "Qarabağla bağlı müqavilə təslimçilik aktıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 11-də İrəvanın Azadlıq meydanında erməni müxalifətinin mitinqi keçiriləcək.

Qaynarinfo erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə 17 müxalifətçi erməni partiyası şurasının verdiyi açıqlamada deyilir.

Açıqlamaya görə, mitinq sabah yerli vaxtla 13:00-da baş tutacaq.

"Əziz həmvətənlər, təəssüf ki, tariximizin ən biabırçı səhifəsi dünən yazıldı. Əsgərlərin arxasında xain bir razılaşma imzalandı”, - deyə Ermənistan müxalifətinin bəyanatında deyilir. Ermənistan Cümhuriyyət Partiyasının sədri Eduard Şarmazanov "Facebook”da canlı yayımda "Qarabağın Ermənistan olduğuna dair bəyanatlarla Paşinyan danışıqlarda erməni tərəfinin mövqeyini zəiflətdi”, - deyib.

Sarkisyanın partiyasının sədri Şarmazanov xalqa müraciət edərək Ermənistan hakimiyyətinin cəmiyyəti aldatdığını bildirib. Şarmazanovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli atəşkəs bəyanatı əslində Ermənistanın təslimçilik aktıdır.

Alpər