
Armavir Zakaryan parlament qarşısında özünü yandırmaq istəyib
Ermənistanın Armavir vilayətinin sakini Q.Zakaryan bu gün Ermənistan parlamentinin qarşısında özünü yandırmaq istəyib.
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, o bu barədə gecə 03:33 -də Erməistan Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edib.
FHN hadisə yerinə yanğınsöndürmə komandası və xilasetmə dəstəsi göndərib. Amma orada heç kimi tapmayıblar. Zakaryanla telefon söhbətindən sonra məlum olub ki, o hələ evlərindədir. Erməni FHN-çilər onu dilə tutaraq əməlindən güc-bəla ilə çəkindiriblər.
Qaynar.info