Ermənistanda doğum əmsalı əhalinin sadə nəsil təkrarı səviyyəsindən aşağıdır.
ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Ermənistan milli statistika xidmətinin demoqrafiya və əhalinin siyahıya alınması şöbəsinin rəisi Karine Kuyumcyan bildirib.
Onun sözlərinə görə, doğum əmsalı (bir qadına düşən uşaq sayı) 1,6-ya düşüb, amma əhalinin sadə nəsil təkrarı üçün bu göstərici 2 – 2,1 olmalıdır. Beləliklə, əhalinin təkrar istehsal problemi yaranıb.
Karine Kuyumcyan qeyd edib ki, 2011-ci ildə əhalinin siyahıya alınmasına görə, 15 yaşdan böyük qadınların 28%-nin uşağı olmayıb. Qadınların 12%-nin cəmi bir uşağı, 29%-nin 2 uşağı, 20%-nin 3 uşağı, 7%-nin 4 uşağı və 4%-nin 5 və artıq uşağı olub. Qaynar.info