Xəbər lenti

Erməni spiker Mariya Zaxarovanı “hansısa katibə” adlandırdı
Dünya16:02 06.09.2023

Erməni spiker Mariya Zaxarovanı “hansısa katibə” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Deməzdim ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, sadəcə olaraq elə bir vəziyyət yaranıb ki, suallar çoxdur, cavab yoxdur. Bu suallardan başlıcası belədir: Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yəni Laçın yolu ilə sərbəst hərəkəti təmin etməyə hazırlaşırmı?”
APA xəbər verir ki, bunu News.am-a müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Ermənistan nümayəndələri son vaxtlar Laçın yolundakı vəziyyətlə bağlı "kobudluğa yaxın” ritorikada danışırlar”, deməsinə cavab olaraq, Simonyan bildirib, ki, o, "hansısa idarənin hansısa katibinin sözlərinə şərh vermək fikrində deyil”.