Xəbər lenti

Erməni Ukraynada qadın satıcını girov götürdü
Dünya11:11 13.09.2013

Erməni Ukraynada qadın satıcını girov götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Luqansk vilayətində polis zərgərlik mağasında işləyən qadını girov götürən ermənini həbs edib.

Qaynar.info xəbər verir ki, sentyabrın 11-də "Karat" adlı mağazaya daxil olan erməni əlindəki bıçaqla satıcı qadını hədələyərək ondan vitrindəki zinət əşyalarını yığıb ona verməsini tələb edib.

Təxminən 60 min dollarlıq zinət əşyası oğurlayan erməni mağazadan çıxmaq istəyərkən polis əməkdaşlarının gəldiyini görüb. Bu zaman qarətçi qadını girov götürüb. O, bıçağı qadının boğazına dayayaraq maöazadan çıxmaq istəyib və polisdən ondan uzaqlaşmalarını və silahı yerə qoymalarını tələb edib.

Lakin polis ermənini yaxalayaraq qadını onun əlindən xilas edə bilib.

Qaynar.info