"Erməni xalqı o qədər ağır vəziyyətdədir ki, Nikol Paşinyan getsə və kim gəlir-gəlsin, onları bu ağır vəziyyətdən çıxara bilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq hesab edir ki, qonşu Ermənistanda baş verən və verəcək hadisələr Azərbaycanı maraqlandırmır:
"Azərbaycan müharibədə zəfər çalıb. Qarabağın əksər hissəsinə 100%, təxminən 30% hissəsinə qismən nəzarət edir. Ermənistanda hakimiyyətdə kimin olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Nikol Paşinyan getsə, onun yerinə iddialı olanların heç biri erməni xalqının nicatı üçün heç bir söz deməyə, əlac tapmağa qadir olmayanlardır. Kim də gəlsə, onları bu ağır vəziyyətdən çıxara bilməyəcək. Ağır vəziyyətdən çıxmaq üçün erməni xalqı yalnış məqsədlərdən, müasir zəmanə ilə uzlaşmayan orta əsir təfəkküründən xilas olmalıdır. Bu isə xəstə xalq üçün mümkün deyil. Xalqı xəstələndirib, yoluxdurublar. COVİD-dən qat-qat ağır dərdə düçar olublar. Ona görə də onlar bədbəxtlik ardınca bədbəxtliyə gedirlər".
Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan dövləti bundan sonra öz yoluna davam etməli və cəmiyyətinə gün ağlamalıdır:
"Bizim nə qədər qüsurumuz, zəif cəhətlərimiz var. Biz onların barəsində düşünməliyik".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 31 dekabrda istefa verəcəyi ilə bağlı məlumat yayılıb.
Bahar Rüstəmli