Xəbər lenti

Ermənilər ABŞ-da Azərbaycan üçün 12 milyon diləndilər
Dünya16:39 28.11.2014

Ermənilər ABŞ-da Azərbaycan üçün 12 milyon diləndilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 23-də ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Telemarafon-2014” çərçivəsində 12.399.550 dollar ianə toplanılıb.
Axar.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, toplanacaq pulun 116 kilometrlik Vardenis-Ağdərə yolunun tikilməsi üçün istifadə ediləcək. Kəlbəcərdən keçəcək bu yol Ermənistanla Dağlıq Qarabağı birləşdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət öncə separat rejimin lideri də Telemarafon-2014-də iştirak etmək üçün ABŞ-a səfər etmişdi. Bako Saakyan marafonda iştirak edərək amerikalılara səslənmişdi. Tədbirdə onunla bərabər Dağlıq Qarabağ separat rejiminin dini rəhbəri Parqev Martirosyan, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sərkisyan da iştirak etmişdi.
Onu da yada salaq ki, 54 yaşlı Bako Saakyan işğalçı müharibənin ən qanlı nümayəndələrindən biridir. O, 1990-cı ildən separatçıların formalaşdırdığı qanunsuz hərbi birləşmələrin komandirlərindən olub. Separatçı rejimə 2007-ci ildən rəhbərlik edir. Saakyan bu vəzifədə Arkadi Qukasyanı əvəz edib.
Qaynar.info